Finlandiyadan qərar: hokkeyçilər Rusiya millisinə qarşı oynamaqdan imtina edə biləcək!

Finlandiyadan qərar: hokkeyçilər Rusiya millisinə qarşı oynamaqdan imtina edə biləcək!
30.10.2026 15:06 İdman

Finlandiya Buzüstü Hokkey Assosiasiyasının direktorlar şurasının üzvü Heykki Hietanen Rusiya yığmalarının beynəlxalq yarışlara buraxılması ilə bağlı qərarı dəyərləndirib.

TodayPress TV xəbər verir ki, bu barədə “Iltalehti” nəşri məlumat yayıb. 

Hietanen İdman Arbitraj Məhkəməsinin (CAS) Rusiya komandalarının beynəlxalq yarışlarda iştirakına icazə verməsi ilə bağlı qərarını anlaşılmaz hesab edib.

“Qərar ümumilikdə anlaşılmazdır. Finlandiya federasiyası xüsusi əməliyyatı qətiyyətlə pisləyir. Bizim fikrimizcə, mövcud vəziyyətdə Rusiya və Belarusun beynəlxalq yarışlarda iştirak etməsi üçün şərait yoxdur.

Biz oyunçuları və rəsmiləri Rusiya və ya Belarus yığmalarının iştirak edəcəyi turnirlərdə çıxış etməyə məcbur etmirik. Belə yarışlarda iştirak etmək istəməyənləri anlayır və dəstəkləyirik”, – deyə Finlandiya Buzüstü Hokkey Assosiasiyasının rəsmisi bildirib.

Xatırladaq ki, Rusiya hokkey yığmalarının cari mövsümdən etibarən beynəlxalq yarışlarda iştirakına icazə verilib. 

Beləliklə, rusiyalı hokkeyçilər üçün növbəti turnir 2027-ci il gənclər arasında dünya çempionatı olacaq. Yarış 2026-cı il dekabrın 26-dan 2027-ci il yanvarın 5-dək Kanadanın Edmonton və Red-Dir şəhərlərində keçiriləcək.

Namiq HUN

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər