Finlandiya və Norveç liderləri Putinlə “mənalı” söhbət ediblər
Finlandiya prezidenti Aleksander Stubb və Norveçin baş naziri Yonas Qar Störe Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıblar.
TodayPress TV xəbər verir ki, Finlandiya Prezident Administrasiyasının məlumatına görə, telefon danışığının təşəbbüskarları Avropa liderləri olub.
Aleksander Stubb söhbəti “açıq və mənalı” adlandırıb. Yonas Qar Störe isə avropalıların Ukrayna münaqişəsinin deeskalasiyasının vacibliyini vurğuladıqlarını bildirib.
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov Putinin Finlandiya və Norveç rəhbərləri ilə mümkün telefon danışığını nə təsdiqləyib, nə də təkzib edib.