FIFA-dan sərt cəza
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Türkiyə Superliqası təmsilçisinə transfer qadağası qoyub.
TodayPress TV yerli mətbuata istinadən xəbər verir ki, FIFA “Antalyaspor” klubuna transfer qadağası qoyub.
Səbəb klubun sabiq futbolçusu Samuel Etoonun menecerinə ödəməli olduğu vəsaiti hesaba köçürməməsidir. “Antalyaspor” üç transfer dönəmində heyətinə yeni futbolçu qata bilməyəcək.
Qeyd edək ki, S.Etoo 2015-2018-ci illərdə “Antalyaspor”un formasını geyinib.
Namiq HUN