FIFA-dan “Neftçi”yə gözlənilməz cəza
İdman
07.05.2026 09:15
FIFA “Neftçi” klubuna transfer qadağası tətbiq edib.
TodayPress TV ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Bakı klubu yeni oyunçuları qeydiyyata ala bilməyəcək.
“Ağ-qaralar”a 5 may 2026-cı il tarixində tətbiq edilən transfer qadağası qarşıdakı üç “transfer pəncərəsi” dönəmində qüvvədə olacaq.
Qərarın səbəblərinə gəlincə, məhdudiyyət transfer ödənişi ilə bağlıdır. Texniki səbəblərə görə ödənişlərdən birində gecikmə yaranıb.
“Neftçi” klubu transfer qadağası ilə bağlı məsələyə aydınlıq gətirib. FIFA-nın müvafiq portalında yaranan məhdudiyyətin texniki gecikmə ilə bağlı olduğu bildirilib.
Belə ki, transfer ödənişi gecikdiyi zaman FIFA sistemi klubu avtomatik şəkildə “qırmızı siyahı”ya daxil edir və transfer qadağası tətbiq olunur. Əsas öhdəliklər bağlandıqdan sonra qadağa avtomatik olaraq aradan qalxacaq.
Namiq HUN
tag: Neftçi,FIFA,Klub,Transfer,Todaypress.tv,
