FIFA-dan “Fənərbağça”ya ağır cəza: 3 transfer dövrü qadağa

FIFA-dan “Fənərbağça”ya ağır cəza: 3 transfer dövrü qadağa
26.09.2026 12:46 İdman

FIFA Türkiyənin “Fənərbağça” klubuna 3 transfer dövrü müddətinə transfer qadağası qoyub.

TodayPress TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə klubun rəsmi sosial media hesabında məlumat verilib.

Sanksiya klubun 2024/2025 mövsümündə heyətinə qatdığı Yussef En-Nesirinin transfer ödənişi ilə bağlıdır.

Klubun açıqlamasına görə, futbolçunun transfer haqqı üzrə 30 aprel 2026-cı il tarixli ödəniş edilmədiyi üçün qarşı tərəf FIFA-ya müraciət edib. “Fənərbağça”nın yeni rəhbərliyi vəzifəyə başladıqdan sonra gecikmiş ödənişi həyata keçirib. Lakin qarşı tərəf FIFA-dakı məhkəmə prosesində növbəti ödənişin də edilməsini tələb edib.

“Fənərbağça” bildirib ki, FIFA-nın qərarı ilə müəyyənləşdirilən ödənişi ilk iş günü – sentyabrın 28-də həyata keçirəcək. Ödənişdən və FIFA-dakı bürokratik prosedurların tamamlanmasından sonra transfer qadağasının aradan qaldırılacağı qeyd olunub.

Qeyd edək ki, 3 transfer dövrü müddətinə tətbiq edilən qadağa borcun ödənilməsi ilə aradan qaldırıla bilər. FIFA-nın məlumatlarında bu cür sanksiyalar ödənilməmiş borc və maliyyə mübahisələri ilə əlaqəli müvəqqəti tədbir kimi tətbiq olunur.

“Fənərbağça” həmçinin əvvəlki dövrlə bağlı bütün maliyyə göstəricilərinin və öhdəliklərin sentyabrın 27-də keçiriləcək növbəti Ümumi Qurultayda üzvlərə və ictimaiyyətə açıqlanacağını bildirib.

TodayPress TV

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər