FIFA-da gözlənilən rəqabət baş tutmayacaq: Çeferin geri çəkildi

FIFA-da gözlənilən rəqabət baş tutmayacaq: Çeferin geri çəkildi
24.08.2026 12:50 İdman

UEFA prezidenti Aleksander Çeferin 2027-ci ildə keçiriləcək FIFA prezident seçkilərində iştirak etmək və qurumun hazırkı rəhbəri Canni İnfantinoya rəqib olmaq niyyətində olmadığını bildirib. 

TodayPress TV xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Çeferin FIFA prezidentliyinə marağının olmadığını deyib. UEFA rəhbərinin sözlərinə görə, o, hazırkı vəzifəsində fəaliyyətini yüksək qiymətləndirir və FIFA prezidentliyinə iddia etmədiyi halda nüfuzunun və ona olan etimadın daha yüksək olacağını düşünür.

FIFA prezident seçkilərinin 2027-ci ilin martında Mərakeşdə keçirilməsi planlaşdırılır. Çeferin 2016-cı ilin sentyabrından UEFA-ya rəhbərlik edir və bu vəzifəyə iki dəfə yenidən seçilib. O, eyni zamanda FIFA-nın vitse-prezidentidir.

Qeyd edək ki, Canni İnfantinonun FIFA-nın əsas turnirlərinə nəzarət edəcək “FIFA Forward Enterprise” şirkətinin yaradılması ilə bağlı təşəbbüsü daha əvvəl ciddi tənqid olunub. FIFA-nın hesablamalarına əsasən, layihə quruma təxminən 4,2 milyard dollar gəlir gətirə və üzv assosiasiyaların gəlirlərini artıra bilərdi.

Lakin UEFA, KONKAKAF, AFC və KONMEBOL təşəbbüsə dəstək verməkdən imtina edib. UEFA ideyadan rəsmi şəkildə imtina edilənədək FIFA turnirlərini boykot etmək niyyətində olduğunu da açıqlayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər