Ferstappendən şok etiraf: “Formula-1”i tərk edə bilər!
İdman
28.02.2026 12:33
Maks Ferstappen “Formula-1” karyerasının sona yaxınlaşdığını düşündüyünü etiraf edib.
TodayPress TV xəbər verir ki, o, bu barədə Motorsport Week-ə danışıb.
“Red Bull” pilotu bildirib ki, mövcud texniki reqlament onun karyerasının uzunmüddətli olmasına çox da kömək etmir.
“Şübhəsiz ki, karyeramın sonuna daha yaxınam. Cari reqlament, “Formula-1” karyeramın uzunömürlü olmasına kömək etmir. Amma bunun əhəmiyyəti yoxdur. Mən artıq karyeramdan çox məmnunam və hər şeyi rahat şəkildə buraxa bilərəm. Digər layihələrim də var.
60 və ya 70 yaşında dörd titul qazandın, ya on titul – bu kimə maraqlıdır? Mən bu vaxtı ailəmlə keçirməyə üstünlük verərəm. Həyat birdir və onun 25 ilini yalnız yarışlara həsr etmək istəmirəm”, – deyə Verstappen bildirib.
Namiq HUN
tag: Maks Ferstappen,Formula-1,Karyera,Pilot,Todaypress.tv,
