Ferstappen: “F-1 çempionu olmaq şansım real görünmür”
Dördqat “Formula-1” dünya çempionu, “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen 2025 mövsümündə çempionluq şanslarını aşağı qiymətləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə Motorsport Week nəşri məlumat yayıb.
“Formula 1-də” şəxsi hesabdakı mövcud vəziyyəti nəzərə alsaq, bu mövsüm çempion olmaq imkanlarım çox real görünmür. Bu məsələdə özümə qarşı çox dürüstəm. Bununla belə hər yarış həftəsonunda maksimum nəticə göstərməyə çalışıram”, - deyə Ferstappen bildirib.
Hazırda Maks Ferstappen şəxsi hesabda 155 xalla üçüncüdür.
Qeyd edək ki, daha əvvəl onun daimi yarış mühəndisinin Avstriya Qran-prisində iştirak etməyəcəyi məlum olub.
Namiq HUN