“Ferrari” tələsmir: Vassör mühərrik yarışındakı çətinlikləri açıqladı
“Ferrari” komandasının rəhbəri Frederik Vassör mühərrikin inkişafı ilə bağlı planlarından danışıb.
TodayPress TV “FormulaPassion” nəşrinə istinadən xəbər verir ki, Vassör güc qurğusunun təkmilləşdirilməsinin uzunmüddətli bir proses olduğunu bildirib:
“Mühərrikin yaradılması prosesi çox vaxt aparır. Bu, qısa müddətdə yenilənmə gətirib sürət fərqini aradan qaldıra biləcəyiniz şassi deyil. Mühərrikdə detalların çatdırılma müddəti uzundur və büdcə məhdudiyyətləri daxilində bütün bunları etmək asan deyil.
İlk və ya ikinci ADUO yenilənməsi ilə “Mercedes”lə aradakı fərqi dərhal bağlayacağımızı gözləmirdik. Kiçik addımlarla irəliləyirik, lakin unutmaq olmaz ki, hətta bir neçə əlavə at qüvvəsi belə start torunda böyük sıçrayış etməyə imkan verə bilər. Növbəti il üçün yeni ADUO-1 (2027) mühərrikini planlaşdırmışıq və məqsədimiz fərqi mümkün qədər tez azaltmaqdır. Lakin “Mercedes”ə çatmanın bir neçə aya mümkün olacağını gözləmirdik”.
Namiq HUN