Əziz Yıldırımdan böyük mesaj: Gəlin birləşək!
İdman
06.05.2026 13:28
“Fənərbağça”nın keçmiş prezidenti Əziz Yıldırım klubda keçiriləcək fövqəladə ümumi məclis seçkilərində yenidən namizəd olacağını açıqlayıb.
TodayPress TV xəbər verir ki, Yıldırım eyni zamanda digər namizədlərə birləşmə çağırışı edib və klubda birlik mesajı verib.
O, açıqlamasında bildirib:
“Həmişə olduğu kimi çətin anlarda mənimlə olan “Fənərbağça” azarkeşləri qarşısında mənəvi məsuliyyət daşıyıram. Klubumuzun gələcəyindən narahat olduğum üçün bu çağırışa cavab verirəm və prezidentliyə namizədliyimi irəli sürürəm. “Fənərbağça” ictimaiyyətinin birlik olduğunu göstərəcəyimiz 120 illik yubiley üçün çalışmaq istəyirəm.
Bütün namizədlərə, xüsusilə cənab Barış Göktürk və cənab Hakan Safiyə mənə qoşulmağı təklif edirəm. Klub yalnız birlik və həmrəyliklə bu çətin dövrdən çıxa bilər. Təcrübə və gənclik birlikdə işləsə, “Fənərbağça”nın yolunda heç kim dayana bilməz”.
Qeyd edək ki, Yıldırım klubda birlik mesajını ön plana çıxararaq seçki prosesində rəqabət əvəzinə əməkdaşlıq çağırışı edib.
Namiq HUN
tag: Fənərbağça,Əziz Yıldırım,Klub,Namizəd,Todaypress.tv,
