Erlinq Haalandın gələcəyi ilə bağlı sensasion iddia!

Erlinq Haalandın gələcəyi ilə bağlı sensasion iddia!
15.09.2026 15:28 İdman

İspaniyanın “Real Madrid” və “Barselona” klubları “Mançester Siti”nin hücumçusu Erlinq Haalandın 2027-ci ildə transfer olunması ehtimalını araşdırır.

TodayPress TV xəbər verir ki, “TEAMtalk”a istinadən xəbər verir ki, hər iki İspaniya nəhəngi norveçli futbolçunun gələn il klubunu dəyişmək variantını nəzərdən keçirə biləcəyini düşünür.

Haaland ötən ilin əvvəlində “Mançester Siti” ilə yeni 9 illik müqavilə imzalayıb. Həmin vaxt klubdakı mənbələr əvvəlki müqavilələrdə yer alan təzminat məbləğləri ilə bağlı bütün bəndlərin yeni anlaşmadan çıxarıldığını bildirmişdilər.

Bununla belə, “Barselona” və “Real Madrid”ə yaxın mənbələr norveçli hücumçunun müqaviləsində onun potensial olaraq “Etihad” stadionunu tərk etməsinə imkan verə biləcək müəyyən şərtlərin hələ də mövcud olduğunu iddia edirlər.

Bundan başqa, Haalandla “Mançester Siti” rəhbərliyi arasında futbolçunun yeni çağırışa ehtiyac duyacağı təqdirdə klubun onun vəziyyətini nəzərdən keçirəcəyi ilə bağlı razılaşmanın olduğu bildirilir. Yəni klub belə bir ehtimalı avtomatik şəkildə istisna etməyəcək.

Hazırda isə Haalandın “Mançester Siti”dən ayrılmaqla bağlı xüsusi istəyi yoxdur. Norveçli futbolçu İspaniya nəhəngləri ilə bağlı davamlı yayılan xəbərlərə baxmayaraq, hazırda Mançester klubuna tam sadiqdir. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər