Emreli “Kayzerslautern”dən ayrılır?

Emreli “Kayzerslautern”dən ayrılır?
25.10.2025 12:10 İdman

Mahir Emreli Almaniyanın “Kayzerslautern” futbol klubundan ayrılmağı planlaşdırır. 

TodayPress TV sport24.az-a istinadən xəbər verir ki, forvard yeni komanda axtarır.

Bildirilir ki, Emreli son matçlarda heyətə düşə bilmədiyi üçün bu qərara gəlib. 

O, təklif olmayacağı təqdirdə belə qış transferində müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etməyi nəzərdən keçirir.

Qeyd edək ki, forvard yayda “Nürnberq”dən “Kayzerslautern”ə keçib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər