Eltac Səfərli sürətli şahmat çempionatında at oynadacaq

Eltac Səfərli sürətli şahmat çempionatında at oynadacaq
28.05.2025 15:40 İdman

Beynəlxalq qrossmeyster Eltac Səfərli rusiyalı Aleksandr Qrişukun reytinq lideri olduğu Avstriya turnirində çıxış edəcək.   

TodayPress TV xəbər verir ki, Linzdə keçiriləcək sürətli şahmat yarışında 43 qrossmeyster qələbə uğrunda mübarizə aparacaq.   

“Grand Prix PlusCity” turnirinin proqramına blits, rapid və hər iki növ üzrə Avstriyanın komanda çempionatları daxildir.   

Eltac Səfərli mayın 29-da blits, ertəsi gün isə rapid turnirində çıxış edəcək. Növbəti iki gündə isə Avstriyanın komanda çempionatları keçiriləcək.   

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər