Əl sıxmadılar, qara sarğı ilə çıxdılar: İsrail–İrlandiya oyununda böyük skandal!
"Vest Hem Yunayted" klubunun və İsrail milli komandasının hücumçusu Manor Solomon UEFA Millətlər Liqasının B Liqasının III qrupunun II turunda İrlandiyaya 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra yaranmış gərgin vəziyyətlə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, forvardın sözlərini "Sport5" nəşri "X" sosial şəbəkəsində sitat gətirib.
"İrlandiya haqqında nə düşündüyümü desəm, ehtimal ki, bir neçə oyunluq diskvalifikasiya olunaram", — deyə Solomon bildirib.
Xatırladaq ki, qarşılaşma ərəfəsində İrlandiya millisinin qapıçısı Qevin Bazunu matçda oynamaqdan imtina etmişdi. Daha sonra İrlandiya yığmasının futbolçularının, mətbuatda yayılan xəbərlərə baxmayaraq, oyunu boykot etmədiyi məlum olub.
İrlandiyalı futbolçular Yaxın Şərqdəki münaqişə qurbanlarının xatirəsinə matça qara sarğı ilə çıxıblar. Həmçinin oyundan əvvəl ənənəvi flaqşok mübadiləsi və əl sıxma mərasimi baş tutmayıb.
Namiq HUN