“Əl-Nəsr” Kral Kubokundan kənar qaldı
Səudiyyə Ərəbistanı Kral Kubokunun 1/8 final mərhələsində “Əl-Nəsr” “Əl-İttihad”a 1:2 hesabı ilə uduzduqdan sonra meydan sahiblərinin hücumçusu və kapitanı Kriştianu Ronaldu sosial şəbəkə X-də paylaşım edib.
TodayPress TV xəbər verir ki, o, komandanın birgə fotosu ilə paylaşım edib:
“Biz qürurla dayanırıq, öyrənirik və birgə irəliləyirik.”
Cari mövsümdə Ronaldu bütün turnirlərdə 9 oyunda iştirak edib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
“Transfermarkt” portalında portuqaliyalı futbolçunun bazar dəyəri 12 milyon avro qitymətləndirilir.
Namiq HUN