Eks-pilotdan açıqlama: Lekler Ferstappenə meydan oxuya bilər
İdman
26.02.2026 15:08
“Formula-1” üzrə sabiq pilot Rikardo Patreze “Ferrari”nin sürücüsü Şarl Leklerin motivasiyası və komandanın hazırkı forması barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, o, bu barədə FormulaPassion nəşrinə danışıb.
Patreze bildirib ki, monakolu pilot hələ dünya çempionu ola bilmədiyi üçün məyusdur:
“Şarl Lekler hələ çempionluq qazana bilmədiyinə görə narazıdır. O özü və bir çoxları bunun daha əvvəl baş verəcəyini gözləyirdi. Lekler həqiqətən dünya çempionu olmaq istəyir və düzgün motivasiyaya malikdir. Əgər onun sərəncamında rəqabətədavamlı bolid olsa, Şarl Maks Ferstappen kimi sürücü ilə ciddi mübarizə apara bilər.
“Ferrari” testlərin sonunda yaxşı təsir bağışladı. Bu, azarkeşlər üçün müsbət xəbərdir. Lakin komanda dəfələrlə mövsümə və testlərə inamlı başlayıb, amma sonradan istənilən nəticəni əldə edə bilməyib. Ona görə də gözləmək və mövsümün gedişatını izləmək lazımdır”, – deyə Patreze bildirib.
Namiq HUN
tag: Rikardo Patreze,Formula-1,Ferrari,Şarl Lekler,Todaypress.tv,
