Əfsanəvi tennisçinin heykəli ucaldılacaq

Əfsanəvi tennisçinin heykəli ucaldılacaq
24.06.2025 16:15 İdman

“Uimbldon” rəsmiləri britaniyalı sabiq tennisçi Endi Marreyin heykəlini ucaltmağı planlaşdırır.

TodayPress TV xarici mediaya istinadən xəbər verir ki, layihənin 2027-ci il “Uimbldon” turnirinin 150 illik yubileyindən əvvəl başa çatdırılması gözlənilir.

Qeyd edək ki, Endi Marrey 2013 və 2016-cı illərdə “Böyük Dəbilqə” seriyalı “Uimbldon” turnirinin qalibi olub.

Namiq HUN

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər