Gənc əlcək sahiblərimiz dünya çempionatında Azərbaycanı təmsil edəcək!

Gənc əlcək sahiblərimiz dünya çempionatında Azərbaycanı təmsil edəcək!
15.10.2026 11:39 İdman

Monteneqronun Budva şəhərində 19 yaşadək boksçular arasında dünya çempionatı start götürür.

TodayPress TV xəbər verir ki, oktyabrın 16-da başlayacaq nüfuzlu mundialda Azərbaycan millisi 9 idmançı ilə təmsil olunacaq.

Baş məşqçi Elbrus Rzayev mundialda Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Renat Qiyaslı (80 kq) və Səfdər Məmmədzadəyə (+90 kq) şans verəcək.

Qızlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə Banuçiçək Nəsirli (48 kq) ilə Gülər Hüseynovanın (51 kq) uğurlu çıxışına ümid edir.

Yarışda Azərbaycan yalnız idmançılarla deyil, həm də hakimlər korpusunda təmsil olunacaq. Emil Qurbanəliyev mundialda ədalət qoruyucuları arasında yer alacaq, Anar Babanlı isə referilərin işini qiymətləndirəcək mütəxəssislər sırasında olacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər