Tarixi gecə: Erlinq Haaland Lionel Messinin əfsanəvi rekordlarını darmadağın etdi!

Tarixi gecə: Erlinq Haaland Lionel Messinin əfsanəvi rekordlarını darmadağın etdi!
15.10.2026 11:07 İdman

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland UEFA Çempionlar Liqasında “Paris Sen-Jermen”lə keçirilən oyunda (2:4) iki möhtəşəm rekorda imza atıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Actu Foot” “X” sosial şəbəkəsində paylaşım edib.

Haaland, Lionel Messinin nailiyyətlərini yeniləməyi bacarıb. Forvard turnir tarixində 60 qol həddinə çatan ən sürətli futbolçu olub. Bunun üçün ona cəmi 60 matç lazım gəlib. Müqayisə üçün, Lionel Messi bu nəticəyə 80 oyunda nail olmuşdu.

Norveçli ulduz Çempionlar Liqasında 60 qol vurmağı bacaran ən gənc oyunçu adını qazanıb. O, bu hədəfə 26 yaş 85 günlüyündə çatıb ki, bu da Messinin rekordunu bir gün qabaqlayıb. Argentinalı hücumçu həmin həddə 26 yaş 86 günlüyündə çatmışdı.

Namiq HUN

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər