Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə iclasının vaxtı məlum olub.
TodayPress TV Gununsesi.info-ya istinadən xəbər verir ki, cinayət işi üzrə növbəti məhkəmə prosesi 16 oktyabr 2026-cı il tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək.
Hakim Murad Aslanovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasında şahidlərin dindirilməsi nəzərdə tutulur.
Məlumata əsasən, həmin gün cinayət işi üzrə bir neçə şahidin ifadəsi dinləniləcək.