Trampın Zelenskini Putinə neçəyə "satdığı" açıqlandı

Trampın Zelenskini Putinə neçəyə "satdığı" açıqlandı
15.10.2026 11:14 Dünya

ABŞ Rusiyanın dondurulmuş suveren aktivlərinin bir hissəsinin açılaraq Vaşinqtonun nəzarətində olan fonda köçürülməsini və həmin vəsaitlərin Ukraynanın bərpasına yönəldilməsini təklif edib. Təklifin məqsədinin Ukraynada sülh danışıqlarını canlandırmaq olduğu bildirilir.

TodayPress TV xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, təklif Stiv Uitkoff və Cared Kuşner tərəfindən ötən həftə Mayamidə keçirilən danışıqlar zamanı irəli sürülüb.

Lakin Avropa rəsmiləri təşəbbüsə qarşı çıxıblar. Onlar dondurulmuş aktivlər üzərində nəzarətin ABŞ-a verilməsini və vəsaitlərin hər hansı hissəsinin Moskvaya qaytarılmasını qəbul etməyiblər.

Məlumata görə, hazırda Rusiyaya məxsus təxminən 260 milyard avro həcmində aktiv dondurulmuş vəziyyətdədir. Bu vəsaitlərin böyük hissəsi Avropa İttifaqı ölkələrində saxlanılır.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 OKTYABR 2026
Bütün Xəbərlər