Əfsanə vidalaşır! Messi milli komandadakı son matçının formasını təqdim etdi

Əfsanə vidalaşır! Messi milli komandadakı son matçının formasını təqdim etdi
22.09.2026 11:13 İdman

Hücumçu Lionel Messi sosial şəbəkə hesabında Argentina milli komandasındakı vidalaşma qarşılaşması üçün xüsusi hazırlanan formanı nümayiş etdirib.

TodayPress TV xəbər verir ki, təcrübəli futbolçu forma ilə olan şəklini “Son matç... Ömürlük forma” şərhi ilə paylaşıb.

Lionel Messi 2005-ci ildən Argentina millisinin şərəfini qoruyur. O, yığmanın heyətində DÇ-2022-nin, iki dəfə Amerika Kubokunun (2021, 2024) və Finalissimanın (2022) qalibi olub. 2026-cı il Dünya çempionatında hücumçu komandası ilə birlikdə finala qədər irəliləsə də, həlledici matçda İspaniyaya uduzub (0:1).

Qeyd edək ki, oktyabrın 6-da Argentina yığması Benin milli komandası ilə qarşılaşacaq. Görüş Buenos-Ayresdəki “Monumental Antonio Vespuççi Liberti” stadionunda baş tutacaq.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Əfsanə vidalaşır! Messi milli komandadakı son matçının formasını təqdim etdi — 1
Əfsanə vidalaşır! Messi milli komandadakı son matçının formasını təqdim etdi — 2
XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər