Əfsanə davam edir: Lebron yenə komandanı daşıyır!
İdman
06.05.2026 12:11
Lebron Ceyms çıxış etdiyi “Los-Anceles Leykers” klubundakı uzun və uğurlu karyerasının bu qədər davam edəcəyini gözləmədiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə “Legion Hoops” məlumat yayıb.
Ulduz basketbolçu fikirlərini belə ifadə edib:
“Bu komandaya qoşulanda hələ çox gücümün olduğunu bilirdim… amma səkkiz il sonra, 41 yaşımda komandanı pley-offa çıxarıb seriya qazanacağımı desəydilər, buna inanmazdım”.
Qeyd edək ki, “Leykers” NBA pley-offunun ilk mərhələsində “Hyuston Rokets” üzərində 4-2 hesablı qələbə qazanıb.
Komanda Qərb Konfransının yarımfinalında “Oklahoma Siti Tander” ilə qarşılaşır. Seriyanın ilk oyunu “Leykers”in 90:108 hesablı məğlubiyyəti ilə başa çatıb. Lebron həmin oyunda 27 xal, 4 ribaund və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Namiq HUN
tag: Lebron Ceyms,Los-Anceles Leykers,Basketbol,Karyera,Todaypress.tv,
