Duşan Vlahoviç mövsümü erkən bitirə bilər

Duşan Vlahoviç mövsümü erkən bitirə bilər
02.12.2025 10:43 İdman

“Yuventus” klubu hücumçusu Duşan Vlahoviçi itirib.  

TodayPress TV xəbər verir ki, Turin təmsilçisinin serbiyalı futbolçusu zədə səbəbindən uzun müddət oynaya bilməyəcək.

O, sol ayağında uzun əzələnin əzələ-vətər birləşməsində ciddi bir cırılma alıb. Vlahoviç A Seriyasının XIII turunda “Kalyari” ilə oyunda zədələnib. 

Qeyd edək ki, bu növ zədənin sağalma müddəti üç aydan beş aya qədər davam edir. Duşan Vlahoviçin meydana qayıtması üçün son tarix aparılacaq müayinələrin nəticələrindən və sağalma prosesinin gedişatından asılı olacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər