Dünyanın ən yaxşı komandası kim olacaq? – 5 nəhəng namizəd!
2026-cı ilin yekunlarına əsasən "İlin ən yaxşı klubu" mükafatına 5 namizəd bəlli olub.
TodayPress TV xəbər verir ki, namizədlər siyahısını “France Football” nəşri açıqlayıb.
Qələbə uğrunda İngiltərənin “Arsenal”, Fransanın “PSJ”, Almaniyanın “Bavariya”, Norveçin “Budyo-Qlimt” və Braziliyanın “Flamenqo” klubları mübarizə aparacaq.
İspaniya çempionu “Barselona” və İtaliyanın 2025/2026-cı illər mövsümünün ən yaxşı komandası olan “İnter” namizədlər siyahısına düşə bilməyib.
Qalibin adı oktyabrın 26-da Londonda keçiriləcək “Qızıl top” (Ballon d'Or) mükafatlandırma mərasimində elan olunacaq.
Namiq HUN