Dünya ulduzları Bakıda üz-üzə gələcək

Dünya ulduzları Bakıda üz-üzə gələcək
24.02.2026 14:54 İdman

Bakıda keçiriləcək idman gimnastikası üzrə Dünya Kubokunda Azərbaycanı təmsil edəcək gimnastların adları açıqlanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Yarışda ölkəmizin idman şərəfini Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə qoruyacaqlar.

Qeyd edək ki, 35 ölkədən gimnastların qatılacağı turnir martın 5-8-də keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər