Husilərin raketi havada vuruldu, qalıqları yerə düşdü - Yaralı var
Ər-Riyad üzərində husilərə məxsus ballistik raketin qarşısı alındıqdan və raket məhv edildikdən sonra onun qalıqlarının yerə düşməsi nəticəsində ərəb sakini xəsarət alıb.
TodayPress TV xəbər verir ki, bu barədə SPA agentliyi Səudiyyə Ərəbistanının mülki müdafiə qurumunun nümayəndəsinə istinadən məlumat yayıb.
Hadisə nəticəsində yaşayış binasına və avtomobilə maddi ziyan dəyib.
Qeyd edək ki, son bir həftə ərzində Səudiyyə Ərəbistanı husilərin intensivləşən hücumları ilə üzləşib. Bu hücumlara şənbə günü Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına edilən və 13 nəfərin ölümü ilə nəticələnən hücum da daxildir.
Aysel Mətləb