Boksçularımızdan böyük zəfər: Avropa çempionatından 8 medalla qayıdırıq!
Azərbaycanın 17 yaşadək boksçulardan ibarət yığma komandası Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatını üçüncü yerdə başa vurub.
TodayPress TV Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, milli komanda buna bir qızıl, iki gümüş və iki bürünc medal qazanmaqla nail olub.
Millimiz oğlan və qız boksçuların ümumi komanda hesabında isə dördlükdə yer alıb.
Azərbaycan boksçuları Avropa çempionatında ümumilikdə iki qızıl, üç gümüş və üç bürünc medala sahib olublar.
Komandamızın heyətində Məhəmmədəli İstamov (57 kq), Cəmilə Muradlı (57 kq) qızıl, Həsrət Məmmədov (46 kq), İsmayıl Nəsirzadə (52 kq), Səma Abbasova (66 kq) gümüş, Qardaş Rəhimov (54 kq), Hidayət Məmmədov (70 kq) və Xumar Cəfərli (+80 kq) isə qitə çempionatının bürünc medalını qazanıblar.
Namiq HUN