“Şəhərlilər”ə dəstək mesajı: Luis Enrike qələbələrin haqqı olduğunu vurğuladı!

“Şəhərlilər”ə dəstək mesajı: Luis Enrike qələbələrin haqqı olduğunu vurğuladı!
14.10.2026 15:16 İdman

“Paris Saint-Germain” klubunun baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasının ümumi mərhələsinin II turunda qarşılaşacaqları “Mançester Siti” ilə oyun öncəsi İngiltərə təmsilçisi ətrafında yaranan vəziyyətə münasibət bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə “The Touchline” “X” sosial şəbəkəsində məlumat yayıb.

Luis Enrike məsələ ilə bağlı bunları söyləyib:

“Mançester Siti” kimi böyük klubların ətrafında həmişə çoxlu səs-küy olur. Biz işin sonunu gözləyirik. Ümid edirəm ki, hər şey onlar üçün yaxşı olar, çünki meydanda əldə etdikləri nailiyyətlər inanılmazdır və onlar qazandıqları bütün qələbələrə layiqdirlər”.

Xatırladaq ki, “şəhərlilər” İngiltərə Premyer Liqasının mənfəət, eləcə də dayanıqlılıq və inkişaf qaydalarının pozulması ilə bağlı irəli sürülən 115 ittihamdan 114-də təqsirli biliniblər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər