Yüz ildir İranda türklərin nəfəsini kəsirlər, səsiniz çıxmır – “Traktor” türk trollarını biabır etdi - FOTO

Yüz ildir İranda türklərin nəfəsini kəsirlər, səsiniz çıxmır – “Traktor” türk trollarını biabır etdi - FOTO
14.10.2026 17:26 Gündəm

“Yüz ildir İranda türklərin nəfəsini kəsirlər, səsiniz çıxmır”.

TodayPress TV xəbər verir ki, bu fikirlər Təbrizin “Traktor” futbol klubunun “Facebook” səhifəsindəki paylaşımda yer alıb.

Paylaşımda İranda yaşayan türklərin ana dilində təhsil və milli kimlik hüquqları ilə bağlı problemlərə diqqət çəkilib. Bildirilib ki, Azərbaycanda hicabla bağlı müzakirələrə sərt reaksiya verənlər İranda türklərin uzun illərdir üzləşdiyi dil məhdudiyyətlərinə də münasibət bildirməlidirlər.

“İranda 40 milyona yaxın türk var, amma yaşadıqları öz torpaqlarında 100 ildən çoxdur məktəblərdə türk dilində təhsil qadağandır. Heç kim öz dilində danışa, övladına türkcə ad qoya, şirkətinə və ya mağazasına türkcə ad verə bilmir. Yalnız fars və ərəb dilləri keçərlidir. Prezidentin belə öz dilində danışmasına çətinliklə icazə verilir”, – deyə paylaşımda vurğulanıb.

Müəllif Azərbaycanda hicabla bağlı məsələyə görə sərt mövqe sərgiləyənləri İranda yaşayan türklərin hüquqları ilə bağlı susmaqda ittiham edir. 

“Müsəlman insanların hüquqları sizin üçün bu qədər vacibdirsə, İranda yaşayan insanlar müsəlman deyilmi? Bəs niyə söhbət İrandan gedəndə susursunuz?” – deyə paylaşımda qeyd olunub.


Jalə Rövşən 
XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər