Vahid Avropa ordusu yaradılır? - Rutte detalları açdı

Vahid Avropa ordusu yaradılır? - Rutte detalları açdı
14.10.2026 18:30 Dünya

NATO-nun Baş katibi Mark Rutte Avropa ordusu ideyasının həyata keçirilməsi üçün ölkələrin milli ordularından imtina etməli olduğunu bildirərək, bunun suverenlik səbəbindən reallaşmayacağını bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, Estoniyanın Tallin Texnologiya Universitetində tələbələr qarşısında çıxışı zamanı danışıb.

O qeyd edib ki, belə strukturlar yaradılarsa, kimin nə edəcəyinə qərar vermək həftələrlə vaxt aparacaq və qərar qəbul edilənədək vəziyyət çətinləşəcək. Rutte əlavə edib ki, heç kim belə bir vəziyyətin yaranmasını istəməz.

Baş katibin sözlərinə görə, NATO-nun mövcud komanda-idarəetmə sistemi nəzərə alındıqda, vahid Avropa ordusunun yaradılmasına ehtiyac yoxdur. Rutte NATO-nun 32 ayrı-ayrı milli ordunun birgə fəaliyyətini təmin edə bilən komanda-idarəetmə sisteminə malik olduğunu qeyd edib.

Aysel Mətləb

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər