Zelenski Britaniyaya getdi

Zelenski Britaniyaya getdi
14.10.2026 17:29 Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyada səfərdədir.

TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Artıq komanda ilə birlikdə Britaniyadayıq. Bu gün Kral III Çarlzla qəbul planlaşdırılıb. Həmçinin Baş nazir Endi Börnhemlə vacib görüş olacaq. Təhlükəsizlik məsələlərinin geniş spektri barədə danışacağıq. Bizi gücləndirəcək qərarlar hazırlayırıq. Dəstəyə görə Krala, baş nazirə və bütün Britaniyaya təşəkkür edirəm!", - deyə o qeyd edib.

TodayPress TV 

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər