Dopinq faktı təsdiqləndi: Azərbaycanlı kikboksçu 2028-ci ilə qədər yarışmayacaq

Dopinq faktı təsdiqləndi: Azərbaycanlı kikboksçu 2028-ci ilə qədər yarışmayacaq
01.09.2026 12:01 İdman

Azərbaycanlı kikboksçu Baba Abbaszadə antidopinq qaydalarını pozduğu üçün 2 il müddətinə diskvalifikasiya olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Antidopinq Agentliyi məlumat yayıb.

Abbaszadədən götürülmüş nümunədə qadağan edilmiş furosemid preparatının mövcudluğu aşkarlanıb.

Qeyd edək ki, kikboksçuya tətbiq olunan sanksiya 6 iyul 2026-cı il tarixindən qüvvəyə minib. Baba Abbaszadənin diskvalifikasiya müddəti 6 iyul 2028-ci ildə başa çatacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər