Dopinq faktı təsdiqləndi: Azərbaycanlı ağırlıqqaldıran 2029-cu ilə qədər yarışmayacaq

Dopinq faktı təsdiqləndi: Azərbaycanlı ağırlıqqaldıran 2029-cu ilə qədər yarışmayacaq
02.09.2026 12:33 İdman

Azərbaycanlı ağırlıqqaldıran Fazilə İmanova antidopinq qaydalarını pozduğu üçün 3 il müddətinə diskvalifikasiya olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Antidopinq Agentliyi məlumat yayıb.

İmanovadan götürülmüş nümunədə qadağan edilmiş anabolik Androgenik Steroidlər (AAS)/metribolone preparatının mövcudluğu aşkarlanıb.

Qeyd edək ki, ağırlıqqaldırana tətbiq olunan sanksiya 15 may 2026-cı il tarixindən qüvvəyə minib. Fazilə İmanovanın diskvalifikasiya müddəti 14 may 2029-cu ildə başa çatacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər