Donçiçlə bağlı sirr? ESPN eksperti şübhə etdi!

İdman

06.05.2026 15:56

ESPN analitiki Brayan Uindhorst Luka Donçiçin Avropaya səfərinin yalnız müalicə məqsədi daşımadığı ilə bağlı şübhələrini ifadə edib.

TodayPress TV xəbər verir ki, ekspert “Los-Anceles Leykers”in oyunçusunun zədəsinin açıqlanandan daha ciddi ola biləcəyini bildirib.

Onun sözlərinə görə:

“Məndə olan məlumata əsasən, burada hər şey tam aydın deyil. Düşünmürəm ki, Luka artıq bərpa məşqlərinə başlayıb. Belə zədədən sonra formaya qayıtmaq vaxt tələb edir və o, hələ bu mərhələdə deyil. Ostin Rivzlə bağlı mərhələli məlumatlar verildi, amma Luka barədə yalnız top atdığı deyilir. Ola bilsin ki, daha çox edir, amma bu açıqlanmır. Bu, kifayət qədər ciddi arxa bud əzələsi zədəsidir.

Mən sözlərə yox, hərəkətlərə inanıram. Luka zədə alandan sonra onu müalicə üçün İspaniyaya göndərdilər. Almaniya barədə danışılır, amma İspaniya yox. Onun Sloveniyada yeni doğulmuş övladı var, mövsümlərarası dövrdə isə Madriddə yaşayır. Konkret nəsə demirəm, amma okeanın o biri tərəfinə göndərilməsi yüngül zədə demək deyil. Bu, onun bir neçə həftə heç nə edə bilməyəcəyini göstərir”.

Namiq HUN

TodayPress TV

tag: ESPN,Brayan Uindhorst,Luka Donçiç,Basketbol,Todaypress.tv,