Donçiçdən Lebron Ceymsə vida və yeni çağırış: “Öz yolumuzu qururuq”

Donçiçdən Lebron Ceymsə vida və yeni çağırış: “Öz yolumuzu qururuq”
09.09.2026 11:46 İdman

“Los-Anceles Leykers”in oyunqurucusu Luka Donçiç komandadan ayrılan ulduz hücumçu Lebron Ceymslə birgə keçirdiyi dövr haqqında minnətdarlığını bildirib və hazırkı heyətə kökləndiyini vurğulayıb.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Mark Ceykobs “X” sosial şəbəkəsindəki hesabında məlumat yayıb.

Sloveniyalı basketbolçu komandanın yeni mövsümdəki əhval-ruhiyyəsindən məmnunluğunu ifadə edib.

“Bəli, əla dövr idi. Onunla birgə oynayarkən öyrəndiyim hər şeyə görə minnətdaram. Lakin eyni zamanda düşünürəm ki, hazırda yanımda olan uşaqlara diqqət yetirməklə daha yaxşı məqamdayam. Bu heyətin fərqli düşüncə tərzi var. Hər kəs ac görünür, hər kəs burada olmaq istəyir və düşünürəm ki, bu vacibdir. Geriyə baxmıram, öz işimizi və komandamızı qurmağa fokuslanmışam”, – deyə Donçiç bildirib. 

Xatırladaq ki, Donçiç və Ceyms 2025-ci ildən - sloveniyalı basketbolçunun “Dallas Maveriks”dən transfer olunmasından sonra “Leykers”də birgə çıxış edirdilər. 2026-cı ilin iyulunda Ceyms “Leykers”i tərk edərək “Filadelfiya” ilə müqavilə imzalayıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
09 SENTYABR 2026
Bütün Xəbərlər