Dələduzlar iş başındadır: “Rolan Qarros” biletləri adı ilə böyük fırıldaq!
“Rolan Qarros” turnirinə rəhbərlik edən Fransa Tennis Federasiyası (FFT) 2027-ci il yarışları üçün bilet satışı ilə bağlı saxta təkliflər barədə xəbərdarlıq yayıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
“Yeni “Rolan Qarros” turniri yaxınlaşdıqca, rəsmi satış kanallarından fərqli şərtlərlə biletlər, qonaqlama paketləri və ya saxta səyahətlər təklif edən dələduz saytların sayı artır. Bu cür saxta təkliflərdən yayınmaq üçün ehtiyat tədbirləri görmək vacibdir”, - deyə FFT-nin bəyanatında bildirilir.
Qeyd edək ki, “Rolan Qarros” 2027-ci il mayın 23-dən iyunun 6-na qədər keçiriləcək. Növbəti yarış üçün fərdi biletlər hələ satışa çıxarılmayıb.
Namiq HUN