Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik!

Darvin Nunyesin transferində son anda gözlənilməz dəyişiklik!
20.08.2026 10:17 İdman

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu hücumçu Darvin Nunyeslə bağlı qərarını dəyişib.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Saşa Tavolyeri “X” sosial şəbəkəsində məlumat yayıb.

Bildirilib ki, uruqvaylı futbolçu yaxın günlərdə Türkiyəyə gedərək “Trabzonspor”a icarə əsasında keçidini rəsmiləşdirməli idi. Lakin Səudiyyə Ərəbistanı Pro Liqasının yeni iştirakçısı “Əl-Diriya” Nunyesin transferi ilə bağlı danışıqlara başlayaraq “Trabzonspor”u qabaqlayıb.

Məlumata görə, “Əl-Diriya” 29 yaşlı hücumçunu bir mövsümlük icarəyə götürmək üçün “Əl-Hilal”a müraciət edib. Klub futbolçunun maaşının 75 faizini ödəməyə hazır olduğunu bildirib.

Qeyd olunur ki, “Əl-Hilal” Nunyesin “Əl-Diriya”ya keçidinə razılıq verib və “Trabzonspor”la danışıqları dayandırıb.

Həmçinin “Liverpul”un sabiq hücumçusuna “Beşiktaş”ın da maraq göstərdiyi bildirilib. Lakin İstanbul təmsilçisi Nunyeslə şəxsi müqavilənin şərtləri barədə razılığa gələ bilməyib.

Namiq HUN

XƏBƏR LENTİ
20 AVQUST 2026
Bütün Xəbərlər