Andrea Kimi Antonelli trasdakı çıxışı ilə hər kəsi susdurdu!
“Red Bull”un keçmiş rəhbəri Kristian Horner hesab edir ki, 2026-cı il “Formula-1” mövsümünün çempionat lideri Andrea Kimi Antonelli “Mercedes”də qeyd-şərtsiz birinci nömrə olmaq hüququnu qazanıb.
TodayPress TV “Autosport” nəşrinə istinadən xəbər verir ki, Horner komanda daxilindəki pilot münasibətləri və status bölgüsü haqqında danışıb:
"Hər kəsi daim razı salmaq çox çətindir. Dürüst olmaq, prinsiplərə sadi̇q qalmaq və hədəflərin nə olduğunu dəqiq bilmək lazımdır. Son nəticədə birinci yerdə komanda dayanır, pilotlar isə əməkdaşlardırlar. Hər iki sürücüyə dünya çempionu ola biləcəklərini vəd etmək qeyri-realistdir. Sonda pilotlardan biri trasda üstünlük əldə edəcək. Hər ikisinə bərabər şanslar və eyni texnika verilsə də, komanda daxilində hörmət və müəyyən status öz çıxışlarınla qazanılmalıdır.
Kimi Antoniliyə baxın. O, hazırda trasda göstərdikləri sayəsində komandadakı mövqeyini tam haqq edir. Əgər onunla başqa komandanın rəqibi arasında gərgin mübarizə yaransaydı, komanda müəyyən mövqe tutmalı olardı. Əks halda, illər əvvəl Najel Mensell və Nelson Pike ilə Alen Prost arasındakı mübarizədə “Williams”ın potensial olaraq itirə biləcəyi kimi, çempionluq titulunu əldən vermək riski yaranar”.
Namiq HUN