Cüdoçularımız dünya çempionatını 1 qızıl, 1 gümüş medalla başa vurdular

Cüdoçularımız dünya çempionatını 1 qızıl, 1 gümüş medalla başa vurdular
23.08.2026 09:19 İdman

Azərbaycanın yeniyetmə cüdoçuları Ekvadorun Quayakil şəhərində keçirilən dünya çempionatını 1 qızıl, 1 gümüş medalla başa vurublar.

TodayPress TV xəbər verir ki, son olaraq Ayxan Həsənli (81 kq) gümüş mükafata sahib çıxıb.

Daha əvvəl Fərid Rzazadə (50 kq) bütün rəqiblərini məğlub edərək dünya çempionu olub.

Beləliklə, Azərbaycan millisi mundialı 1 qızıl və 1 gümüş olmaqla 2 medalla tamamlayıb. Komanda bu nəticə ilə 59 ölkə arasında oğlanların mübarizəsində dördüncü, ümumi medal sıralamasında isə beşinci yeri tutub.

XƏBƏR LENTİ
23 AVQUST 2026
Bütün Xəbərlər