Cüdo üzrə Azərbaycan çempionatı başa çatdı

Cüdo üzrə Azərbaycan çempionatı başa çatdı
07.12.2025 21:50 İdman

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb.

TodayPress TV xəbər verir ki, Bakı İdman Sarayında keçirilən turnirin son günündə komanda yarışları keçirilib.

Qadınların mübarizəsində qalib Şuşa Uşaq və Gənclər İdman Məktəbi olub.

Gümüş medala "Umbayev Sport Club", bürünc mükafata isə "Neftçi" İdman Klubunun birinci komandası sahib çıxıb.

Kişilər arasında "Kanokan-TT" PCİK çempionluğu əldə edib. "Azəri-Cüdo" İKİB II, "Sərhədçi" İM və "Atilla" İK komandaları III yeri tutublar.

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər