Coşua Van- XXI əsrdə doğulan ilk UFC çempionu

İdman

07.12.2025 17:02

Myanmalı döyüşçü Coşua Van UFC 323 turnirində Braziliya təmsilçisi Alexandre Pantojanı texniki nokautla məğlub edərək ən yüngül çəki dərəcəsində çempion titulunu qazanıb.

TodayPress TV  xəbər verir ki, turnir ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində keçirilib. Döyüş cəmi 25 saniyə davam edib və Pantoja yıxılarkən aldığı zədə səbəbindən dayandırılıb.

24 yaşlı Vanın MMA karyerasında 16 qələbə və 2 məğlubiyyət var. O, XXI əsrdə doğulan döyüşçülər arasında UFC çempionu olan ilk idmançı olub. Qələbə anında 24 il 1 ay 27 gün yaşı olan Van təşkilatın ən gənc çempionları siyahısında ikinci yeri tutub. Birinci yerdə 23 yaş 2 ayında titul qazanmış Con Cons qərarlaşıb. Bununla yanaşı, Van UFC-də çempion olan ilk asiyalı kişi döyüşçü kimi tarixə düşüb.

35 yaşlı Pantojanın MMA-da 30 qələbəsi və 6 məğlubiyyəti var. O, 2023-cü ilin iyulunda meksikalı Brendon Morenonu məğlub edərək UFC çempionu olub və ardıcıl dörd uğurlu titul müdafiəsi həyata keçirib.

TodayPress TV


tag: Myanma,Coşua Van,UFC 323 turniri,Çempion,Todaypress.tv,