Çempionun iddiası: Ferstappen rəqiblərinə xəbərdarlıq etdi

İdman

05.12.2025 13:34

“Formula-1” üzrə dördqat dünya çempionu, “Red Bull” pilotu, niderlandlı Maks Ferstappen öz rəqabətliliyi barədə danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb.  

Ferstappen heç vaxt təslim olmayacağını deyib:

“Bilirəm ki, həmişə maksimum nəticə əldə etməyə çalışıram. Bir gün məni məğlub edə bilərlərmi? Əlbəttə. Ayrı-ayrı günlərdə istənilən sürücünü məğlub etmək olar, amma məni mövsümdə 24 yarışın hamısında üstələmək mümkündürmü? Xeyr. Əgər çempionluq uğrunda mübarizə aparmaq istəyirsinizsə, daim yüksək səviyyədə olmalısınız - ən çətin olan da elə budur”. 

O, mövsümün taleyini müəyyən edəcək Əbu-Dabi mərhələsi ilə bağlı da danışıb. 

“Vəziyyət hələ də nəzarətimizdə deyil, amma hər halda mübarizə var. Əgər titulu qazanmasam? Mən küncdə oturub ağlamaq fikrində deyiləm. Yarışı hansı yerdə bitirməyimizin heç bir fərqi yoxdur. Bilirəm ki, həqiqətən yaxşı mövsüm keçirmişəm. Ümumiyyətlə mübarizədə iştirak etmək özü bonusdur. Hətta uduzsaq belə, bu, mənim üçün məyusedici olmayacaq. Çünki harada uduzduğumuzu bilirəm. Mövsüm boyunca biz ən sürətli komanda deyildik”, - deyə Ferstappen çempionluq uğrunda mübarizəyə münasibəti barədə də fikirlərini bölüşüb.

Namiq HUN

TodayPress TV

tag: Maks Ferstappen,Formula-1,Yarış,Uğur,Todaypress.tv,