Çempionluq yarışında “Polad”a ağır zərbə
“Peşəkar Çövkən Liqasının 13-cü turunda çempionluq mübarizəsinə təsir edən nəticələr qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyası məlumat yayıb.
Turun mərkəzi qarşılaşmasında “Polad” komandası “Zəfər”ə 3:5 hesabı ilə məğlub olub. Qarşılaşmanın ilk hissəsində “Zəfər” qısa müddət ərzində iki qol vuraraq üstünlük əldə edib. “Polad” qollardan birinin əvəzini çıxsa da, fasilədən sonra hesabı bərabərləşdirə bilməyib.
“Zəfər” matçın sonunadək mübarizəni davam etdirərək 5:3 hesablı qələbəyə imza atıb. Bu nəticədən sonra “Polad” liderdən 8 xal geri düşüb.
Turun digər oyunlarında isə “Elite” “Şamaxı”nı, “Omar” isə “Atilla”nı 4:0 hesabı ilə məğlub edib. “Embawood” “Xəzər”ə 4:1 hesabı ilə qalib gəlib. “Sərhədçi” isə “Buta Golden” üzərində 3:0 hesablı qələbə qazanıb.
Turdan sonra bombardirlər siyahısına “Sərhədçi”nin oyunçusu Vahid Məmmədov başçılıq edir. Onun hesabında 24 qol var. “Polad”ın yetirməsi Samir Pirimov isə 18 qolla ikinci pillədə qərarlaşıb.