İran qonşu ölkələrə ordu yeridəcəyini açıqladı

İran qonşu ölkələrə ordu yeridəcəyini açıqladı
13.10.2026 15:26 Dünya

İran Yaxın Şərqdə yeni müharibə başlayacağı təqdirdə qonşu ölkələrin ərazisinə quru hücumları təşkil edə biləcəyi barədə regional hökumətləri xəbərdar edib. 

TodayPress TV xəbər verir ki, “The Wall Street Journal” qəzetinin məlumatına görə, Tehran Səudiyyə Ərəbistanının neft obyektlərinə mümkün hücumlar və ABŞ qüvvələrinə qarşı daha intensiv hərbi əməliyyatlar, o cümlədən Amerika hərbi gəmilərini batırmaq cəhdləri barədə də xəbərdarlıqlar edib.

İranda hökumətyönlü mitinqlər və sərtləşən hərbi ritorika mümkün münaqişəyə hazırlıq fonunda diqqət çəkir. Bildirilir ki, Pikakse dağ kompleksi və Nətənz nüvə obyekti yaxınlığında müvəqqəti müdafiə mövqeləri yaradılıb. Hava limanları, limanlar və elektrik stansiyaları da təcili əməliyyatlara hazırlıq vəziyyətinə gətirilir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
13 OKTYABR 2026
Bütün Xəbərlər