Çempionlar Liqasında həyəcan başladı: “Araz-Naxçıvan” zəfər yürüşünə hazırlaşır!

Çempionlar Liqasında həyəcan başladı: “Araz-Naxçıvan” zəfər yürüşünə hazırlaşır!
22.09.2026 14:12 İdman

Futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq Azərbaycan çempionu “Araz-Naxçıvan” klubunun oyun cədvəli açıqlanıb.

TodayPress TV Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, 5-ci qrupda yer alan təmsilçimiz oktyabrın 27-dən 30-dək 3 kritik qarşılaşmaya çıxacaq.

UEFA Çempionlar Liqasının 5-ci qrupunun matçlarına Polşanın Qlivitse şəhəri ev sahibliyi edəcək.

“Araz-Naxçıvan”ın oyun cədvəli:

27 oktyabr: “Araz-Naxçıvan” - “Uypest” (Macarıstan) 

28 oktyabr: “Araz-Naxçıvan” - “Buba Mara” (Bosniya və Herseqovina)

30 oktyabr: “Araz-Naxçıvan” - “Piast” (Polşa, qrup ev sahibi)

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər