Çempionlar Liqasına gedən yolun son sınağı: “Sabah” meydana çıxır!

Çempionlar Liqasına gedən yolun son sınağı: “Sabah” meydana çıxır!
19.08.2026 08:15 İdman

Bu gün “Sabah” klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsində İsrail təmsilçisi “Hapoel”lə qarşılaşacaq.

TodayPress TV xəbər verir ki, Azərbaycan çempionu tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində iştirak edəcək. 

Bakı klubunun baş məşqçisi Valdas Dambrauskas matçdan əvvəl keçirilən mətbuat konfransında komandasının bu görüşü böyük səbirsizliklə gözlədiyini bildirib:

“Bu mərhələ bizim üçün xüsusi əhəmiyyət daşıyır. Klub tarixində ilk dəfə pley-offdayıq. Biz bu yola başlayanda favorit sayılmırdıq, həmişə autsayder kimi görünürdük. Eyni sözləri rəqibimiz haqqında da demək olar. Amma hər iki komanda burada olmağa layiq olduğunu sübut edib. Bizi maraqlı mübarizə gözləyir. Bir-birinə çox bənzəyən iki komanda qarşılaşacaq. İki həftədən sonra bu komandaların biri tarix yazaraq Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək”.

Qeyd edək ki, Rumıniyanın paytaxtı Buxarestdəki “Quleşti” stadionunda keçiriləcək “Hapoel” – “Sabah” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. 

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
19 AVQUST 2026
Bütün Xəbərlər