“Çelsi” böyük ulduzunu əzəli rəqibinə itirə bilər

İdman

08.05.2026 09:15

“Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer “Mançester Yunayted”ə keçə bilər.

TodayPress TV xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

İngiltərəli futbolçu “Mançester Yunayted”ə transfer variantını nəzərdən keçirməyə hazırdır.

Bildirilir ki, Palmer hələ 2025-ci ilin yayında Mançester klubuna keçmək istəyib.

24 yaşlı futbolçunun tərəfi danışıqlara qayıtmağa hazır olsa da, “Mançester Yunayted” transferlə bağlı yekun qərar verməyib. Klub hazırda heyətdə digər mövqelərin gücləndirilməsini prioritet hesab edir və bu səbəbdən tələsmək istəmir.

Daha əvvəl Koul Palmerin Mançesterdəki həyat üçün darıxdığı barədə xəbərlər yayılmışdı. Futbolçu “Mançester Siti”nin yetirməsidir və 2023-cü ilin sentyabrında “Çelsi”yə transfer olunub.

Qeyd edək ki, Palmer cari mövsümdə bütün turnirlərdə 27 oyuna çıxıb, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Namiq HUN

TodayPress TV

tag: Çelsi,Koul Palmer,Mançester Yunayted,Transfer,Todaypress.tv,