Cəbrayıl Hacıyev beynəlxalq turnirdə mükafat qazandı

Cəbrayıl Hacıyev beynəlxalq turnirdə mükafat qazandı
26.02.2026 23:40 İdman

Azərbaycanın daha bir sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən "Muhamet Malo" turnirində bürünc medal qazanıb.

TodayPress TV xəbər verir ki, 79 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl Hacıyev hindistanlı Saqar Caqlana 10:4 hesabı ilə qalib gələrək reytinq turnirində bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl digər təmsilçilərimizdən Rəşid Babazadə (65 kq) gümüş, İslam Bazarqanov (57 kq) və Arseniy Djioyev (86 kq) isə bürünc mükafat əldə ediblər.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər