"Brentford" baş məşqçi ilə müqavilənin müddətini uzatdı
İngiltərə Premyer Liqası təmsilçisi "Brentford" baş məşqçisi Kit Endryusla müqavilənin müddətini uzadıb.
TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İrlandiyalı mütəxəssis 2032-ci ilə qədər olan yeni sözləşmə imzalayıb.
Qeyd edək ki, "Brentford"40 xalla İngiltərə çempionatında yeddinci pillədə qərarlaşıb.